“Suares Avropanın ən yaxşı mərkəz hücumçusudur”

“Suares Avropanın ən yaxşı mərkəz hücumçusudur”
XƏBƏR 25 Yanvar 2021 / 13:18 2051
-  A +

“Atletiko”nun prezidenti Enrike Sereso komandanın futbolçusu Luis Suares haqqında danışıb.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, 33 yaşlı uruqvaylını Avropanın ən yaxşı mərkəz hücumçusu hesab etdiyini deyib:

“Suaresi həmişə Avropanın ən yaxşı mərkəz hücumçusu hesab etmişik. Onu yanımızda gördüyümüz üçün çox xoşbəxtik. Klubdakı hər kəs Suaresin burada olmasından məmnundur”.

Qeyd edək ki, Suares 2020-ci ilin sentyabr ayında “Barselona”dan “Atletiko”ya keçib. O, bu müddət ərzində 12 qola imza atıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı