İndiki maaşla "Real"da qalmaq istəmir

İndiki maaşla "Real"da qalmaq istəmir
XƏBƏR 24 Yanvar 2021 / 13:59 2005
-  A +

"Real"ın yarımmüdafiəçisi Lukas Vaskesin klubda qalacağı sual altındadır.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu bu yay başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəmir. "Real" Vaskesə hazırkı maaşla 3 illik müqavilə təklif edir. O isə bununla razılaşmır. Ümumiyyətlə, Vaskes hesab edir ki, "Real"da onu lazımınca qiymətləndirmirlər. Onun belə bir fikrə düşməsinə səbəb isə ötən yay madridlilərin futbolçunu satmaq istəməsi səbəb olub.

Başqa bir xəbərə görə, Vaskes yalnız maaşının artırılacağı halda müqavilənin müddətini uzadacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın