Sabah Azərbaycan kubokunda 2020/21 mövsümünə start veriləcək. 1/8 final mərhələsinin oyunları iki günü əhatə edəcək. “Qəbələ” ikinci oyun günündə meydana çıxacaq.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 1-ci divizion təmsilçisi “Turan Tovuz”la üz-üzə gələcək. Komanda 1/4 finala vəsiqə uğrunda görüşü səfərdə keçirəcək.
Bu qarşılaşma ilə “Qəbələ” ölkə kubokunda 16-cı dəfə mübarizəyə qoşulacaq. Ötən mövsüm koronavirus pandemiyası üzündən başa çatmadığı üçün Azərbaycan kubokunun son qalibi sayılan “Qəbələ” 2018/19 mövsümündə titula yiyələnib. Turnirdə 2005/2006 mövsümündə debüt edən “qırmızı-qaralar” 1 dəfə qalibi olduğu (2018/2019) yarışda daha üç dəfə finalda (2013/2014, 2016/17, 2017/2018) oynayıb. Dörd mövsümdə yarımfinalçı (2007/2008, 2008/2009, 2015/16, 2019/20) olan komanda ötən turnirdə bu mərhələyədək irəliləsə də, oyunlar baş tutmayıb. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran “qırmızı-qaralar” üç mövsümdə (2005/2006, 2006/2007, 2009/2010) yarışla daha erkən - 1/8 finalda vidalaşıb.
“Qəbələ” ölkə kubokunda 67-ci oyununa çıxacaq. İndiyədək keçirilən 66 qarşılaşmada “qırmızı-qaralar” 36 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapılarından 112 top keçirən futbolçular 55 qol buraxıb. Kubokdakı son 7 matçda meydanı qolsuz tərk etməyən “Qəbələ”nin davam edən qələbə seriyası 3 oyundan ibarətdir.
Azərbaycan kubokunda 195 futbolçu qırmızı-qara forma ilə meydana çıxıb. Urfan Abbasov hamıdan çox – 28 oyunda iştirak edib. Voislav Stankoviç 21, Cavid Hüseynov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı, Asif Məmmədov 16 dəfə şans qazanıb.
Ölkə kubokunda vurulan 112 qola 56 futbolçu imza atıb. İki top isə rəqib avtoqolu hesabına gerçəkləşib. “Qəbələ”nin kubokdakı bombardiri Kənan Kərimovun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənibsə, Viktor Mendi, İbrahim Hüseynov, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 qola sevinib.
“Qəbələ” tarixində ilk dəfə “Turan Tovuz”la qarşılaşacaq. Komanda indiyədək kubokda 19 rəqiblə üz-üzə gəlib. Tovuz təmsilçisi “qırmızı-qaralar”ın 20-ci rəqibi olacaq. “Qəbələ” daha çox – 9 dəfə “Qarabağ”la qarşılaşıb. AZAL və “Bakı” ilə 6, “Neftçi” və “Keşlə” ilə 5 oyun baş tutub.
Xatırladaq ki, yanvarın 25-də keçiriləcək “Turan Tovuz” - “Qəbələ” oyunu saat 14:00-da başlayacaq. Görüş Tovuz şəhər stadionunda oynanılacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı