"Qarabağ"ın 400-cü səfər oyunu

"Qarabağ"ın 400-cü səfər oyunu
XƏBƏR 23 Yanvar 2021 / 17:23 1460
-  A +

“Qarabağ” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib.

Qol.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yubiley “Sabah”la 14-cü turun matçında gerçəkləşib. Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb. “Qarabağ” rəqib meydanlarındakı 400 görüşdə 182 dəfə qalib gəlib. 106 heç-heçəsi olan komanda 112 dəfə meydandan xalsız ayrılıb.

Qeyd edək ki, “Qarabağ”ın ilk səfəri 1992-ci il mayın 9-na təsadüf edib. Həmin gün ağdamlılar Salyanda “Plastik”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Daha çox


Son xəbərlər