"Arsenal"dan ayrılan oyunçu İtaliya klubunda

"Arsenal"dan ayrılan oyunçu İtaliya klubunda
XƏBƏR 23 Yanvar 2021 / 16:20 2863
-  A +

“Arsenal”dan ayrılan Sokratis Papastatopulosun yeni klubu müəyyənləşib.

Qol.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçini karyerasını “Latsio”da davam etdirəcək. Roma təmsilçisi yunanıstanlı oyunçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalamaq üçün razılığa gəlib.

Qeyd edək ki, Papastatopulos bir neçə gün öncə 2018-ci ildən bəri çıxış etdiyi “Arsenal”la müqaviləsini ləğv edib.


Son xəbərlər
topaz banner