Millimizin oyunlarının keçiriləcəyi yer müəyyənləşdi

Millimizin oyunlarının keçiriləcəyi yer müəyyənləşdi
XƏBƏR 23 Yanvar 2021 / 14:56 977
-  A +

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada keçiriləcək.

Qarşılaşmalar 5 - 12 oktyabrda oynanılacaq.

Qeyd edək ki, qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.

Daha çox


Son xəbərlər