Millimizin futbolçusu "Telstar"da debüt etdi

Millimizin futbolçusu "Telstar"da debüt etdi
XƏBƏR 23 Yanvar 2021 / 12:53 2403
-  A +

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın "Telstar" klubunda debütünü edib.

Qol.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Birinci Divizionun 21-ci turunda AZ klubunun əvəzedici komandası ilə görüşdə iştirak edib.

O, 67-ci dəqiqədə meydana daxil olub. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başaçatıb.

"Telstar" bu nəticədən sonra 21 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.

Daha çox


Son xəbərlər