Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq

Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
XƏBƏR 22 Yanvar 2021 / 12:06 1559
-  A +

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Slovakiya oyunu qapalı keçiriləcək.

Qol.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüşə KİV nümayənləri və azarkeşlər buraxılmayacaq.

Saat 18:00-da start götürəcək matçı CBC Sport telekanalının canlı yayımlayacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma yanvarın 29-da Bakı İdman Sarayında gerçəkləşəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı