“Bavariya”nın futbolçusu İngiltərə klublarının diqqətində

“Bavariya”nın futbolçusu İngiltərə klublarının diqqətində
XƏBƏR 21 Yanvar 2021 / 17:56 1671
-  A +

“Bavariya”nın futbolçusu Camal Musiala karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az Goal.com-a istinadən xəbər verir ki, 17 yaşlı yarıımüdafiəçi ilə “Mançester Yunayted”, “Liverpul” və “Mançester Siti” yaxından maraqlanır.

İngiltərəli oyunçu isə “Bavariya”nın əsas komandasında çıxış etmək istəyir. O, klubdan həftəlik 100 min funt sterlinq tələb edir. Münhen təmsilçisi isə buna razı deyil. Muisalanın gənclərdən ibarət komanda ilə müqaviləsinin müddəti isə 2022-ci ilə qədərdir.

Qeyd edək ki, Musiala bu mövsüm 19 matça çıxıb və 3 qol vurub.


Son xəbərlər
topaz banner