Millinin oyunu qadın hakimə tapşırıldı

Millinin oyunu qadın hakimə tapşırıldı
XƏBƏR 21 Yanvar 2021 / 15:05 919
-  A +

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da, saat 18:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib.

Qol.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcək. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək.

Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.


Son xəbərlər
topaz banner