Levandovski bunu da bacardı

Levandovski bunu da bacardı
XƏBƏR 21 Yanvar 2021 / 12:18 1631
-  A +

“Bavariya”nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Bundesliqanın birinci dövrəsində vurduğu qolların sayını 22-yə çatdırıb. Bu isə çempionat üçün rekord hesab edilir.

İndiyədək ən yüksək göstərici Herd Müllerə məxsus idi. O, 1968/69-cu illər mövsümünün birinci dövrəsində 20 qol vurub.


Son xəbərlər
topaz banner