“Toplanışımız davam edir. Fiziki hazırlığı yüksəltmək istiqamətində çalışırıq. Çoxdandır zalda məşq etmirdik, yenidən sevimli məkanımıza dönməyimiz komanda üzvlərini sevindirməyə bilməzdi".
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəkləri oyunlardan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.
42 yaşlı oyunçu komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: "Qarşıda bizi qrup liderliyinə iddialı Slovakiya ilə ağır oyun gözləyir. Əlbəttə, rəqibin kimliyindən asılı olmayaraq, qarşımıza konkret tapşırıq qoyulub. Biz bu qrupdan qalib kimi final mərhələsinə vəsiqə qazanmalıyıq. Bilirəm, uzun müddət parketdən kənarda qalmağımız çətinlik yaradacaq. İdmançı həyatı elədir ki, gərək məşqləri fasiləsiz, daimi edəsən. Amma mövcud vəziyyətlə əlaqədar zallar bağlandı və biz ən yaxşı halda açıq havada məşq etməklə formamızı qorumağa çalışdıq. Süni örtüklə parketi isə müqayisə etmək olmaz”.
Təcrübəli futzalçı çətinliklərə rəğmən, komandanın oyuna hazır olacağına inandığını vurğulayıb: “Müəyyən çətinliyimiz var. İlk növbədə zala uyğunlaşmağa çalışırıq. 11 ay az müddət deyil. Yanvarın 29-dək bu və digər çatışmazlığı aradan qaldırmalıyıq. Bunu bacaracağımıza inanıram. Bu bir həftədən maksimum yararlanmalıyıq”.
Üçüncü qrupda yer alan millinin rəqiblərinə yaxından bələd olduqlarını deyən kapitan Slovakiyanı fərqləndirib: “Hər 3 komandanın gücünə bələdik. Xüsusən, Slovakiya ilə son illərdə daha çox qarşılaşmışıq. Qrup mərhələsinə onlara qarşı duellə start verəcəyik. Bakıdakı oyunda qələbə qazanmalıyıq ki, özümüzə inam artsın, əsas rəqibimizi qabaqlaya bilək və Yunanıstan səfərinə yüksək əhvla-ruhiyyədə yollanaq. Doğma meydan amili də bizə üstünlük qazandıracaq. Matçın azarkeşsiz keçirilməsi təəssüf dogurur. Ancaq pandemiya ilə əlaqədar verilmiş qərara hörmətlə yanaşmalıyıq”.
Qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına hazırlaşan milli komanda Bakı İdman Sarayında məşq edir. Yanvarın 29-da Slovakiyanı qəbul edəcək yığma 4 gün sonra Afinada Yunanıstanla üz-üzə gələcək.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı