Kuadrado koronavirusdan sağaldı

Kuadrado koronavirusdan sağaldı
XƏBƏR 20 Yanvar 2021 / 16:05 614
-  A +

"Yuventus"un futbolçusu Xuan Kuadrado koronavirusdan sağalıb.

Qol.az xəbər verir ki, bu barədə klububun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçidən götürülən son test nümunələrinin cavablarının neqativ çıxdığı bildirib.

Ona görə də kolumbiyalı oyunçu bu gün İtaliya Superkubokunda  "Napoli" ilə keçirəcəkləri  matçı üçün heyətə daxil ediləcək.

Kuadradonun yanvarın 5-də koronavirusa yoluxduğu məlum olmuşdu və o, bu səbəbdən 5 oyunu buraxmışdı.

Qeyd edək ki, "Yuventus" - "Napoli" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Son xəbərlər