"Trabzonspor"un futbolçusunun ayağı qırıldı

"Trabzonspor"un futbolçusunun ayağı qırıldı
XƏBƏR 20 Yanvar 2021 / 13:28 1614
-  A +

Türkiyənin “Trabzonspor” klubu ciddi itki ilə üzləşib.
 
Qol.az "Hürriyət"ə istinadən xəbər verir ki, Superliqa təmsilçisinin yarımmüdafiəçisi Abdülkadir Ömür sıradan çıxıb.

O, Türkiyə çempionatının 20-ci turunda “Konyaspor”la ev oyununda ağır zədə alıb. 21 yaşlı futbolçunun sol ayağında qırıq aşkarlandığı üçün meydanı xərəkdə tərk edib.

Ömürün zədəsinin ciddi olduğu və onun bu mövsüm meydana çıxmayacağı bildirilib.


Son xəbərlər