"Barselona" hələ də pulumu ödəməyib" - Setyen

"Barselona" hələ də pulumu ödəməyib" - Setyen
XƏBƏR 20 Yanvar 2021 / 12:40 1590
-  A +

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen hələ də Kataloniya klubundan tələb etdiyi təzminatı ala bilmir.

Qol.az AS-a istinadən xəbər verir ki, bu barədə 62 yaşlı mütəxəssis özü danışıb. İspaniyalı çalışdırıcı "Barselona"dan tələb etdiyi təzminatın ödənilmədiyini və hələ də gözlədiyini bildirib: "Barselona" hələ də mənə pul ödəməyib. Gözləyirik".

Setyen istefaya göndərildikdən sonra məşqçinin vəkilləri qarşı tərəfdən 4 milyon avro verilməsini tələb edir.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunan Setyen komandanın uğursuz nəticələrinə görə avqustunda istefaya göndərilmişdi.


Son xəbərlər
topaz banner