Lempard bu gecə istefaya göndərilə bilər

Lempard bu gecə istefaya göndərilə bilər
XƏBƏR 19 Yanvar 2021 / 17:01 3041
-  A +

“Çelsi” baş məşqçisi Frenk Lempardı bu gecə  istefaya göndərə bilər.

Qol.az “TalkSPORT”a istinadən xəbər verir ki, “zadəganlar” Premyer Liqanın 18-ci turunda “Lester”ə məğlub olarsa, 47 yaşlı mütəxəssislə yollar ayrılacaq.

London təmsilçisinin yeni baş məşqçisi vəzifəsinə namizədlər arasında isə Tomas Tuhel, Brendan Rocers və Massimiliano Alleqri var.

Qeyd edək ki, “Çelsi” – “Lester” matçı bu gecə  Bakı vaxtı ilə 00:15-də başlayacaq.

Əlavə edək ki, “Çelsi” bu mövsüm Lempardın baş məşqçiliyi altında 29 xal toplayıb və 7-ci yerdədir.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner