Superliqa klubunda rumıniyalı baş məşqçi

Superliqa klubunda rumıniyalı baş məşqçi
XƏBƏR 19 Yanvar 2021 / 16:10 1558
-  A +

Türkiyə Superliqa təmsilçisi "Rizespor"un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Marius Şumuditsa təyin olunub. Rumıniyalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, istefaya göndərilən Styepan Toması əvəzləyib.

Qeyd edək ki, "Rizespor" ölkə çempionatında 19 turdan sonra 21 xalla 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, M.Şumuditsanın son klubu "Qaziantep" olub.


Son xəbərlər