Kuman futbolçulara əlavə istirahət verdi

Kuman futbolçulara əlavə istirahət verdi
XƏBƏR 18 Yanvar 2021 / 19:30 1319
-  A +

"Barselona"nın baş məşqçisi Ronald Kuman İspaniya Superkubokunun finalında "Atletik"ə məğlubiyyətdən (2:3) sonra futbolçulara iki gün əlavə istirahət verib.

Qol.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandanın uğursuzluqdan qurtulması üçün bu addımı atıb.

Kataloniya təmsilçisi məşqə çərşənbə günü - İspaniya kubokunda "Kornella" ilə oyundan bir gün əvvəl qayıdacaq.


Son xəbərlər