Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə bu həftə start veriləcək. “Qəbələ” 2021-ci ildə ilk oyununu “Zirə”yə qarşı keçirəcək.
Qol.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, XIV turun qarşılaşması Bakıda baş tutacaq. Bu, ilk dövrədə 1:1 hesablı heç-heçə edən rəqiblərin ümumilikdə 23-cü dueli olacaq. İndiyədək komandalar 20 çempionat və 2 kubok matçında üz-üzə gəlib. Bu qarşılaşmalarda 9 qələbəsi olan “qırmızı-qaralar” eyni sayda heç-heçəyə nail olub və yalnız 4 dəfə uduzub. Rəqib qapısından 32 top keçirən komandamız 19 top buraxıb. Bu oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 4 qola imza atan Aleksey Qaydır. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez 2 qola sevinib. Ümumilikdə isə komanda ardıcıl 6 matçda meydanı qolsuz, 7 oyunda xalsız tərk etməyib.
Premyer Liqadakı 20 görüşdən yeddisində 3, doqquzunda 1 xal əldə edən “qırmızı-qaralar” 4 dəfə meydandan məğlub ayrılıb. Komanda 25 qol vurduğu matçlarda 17 top buraxıb.
Səfərdə 11 qarşılaşmaya çıxan “Qəbələ” rəqib meydanında 4 dəfə qalib gəlib, 3 dəfə məğlub olubsa, 4 matç sülhlə nəticələnib. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 11-ni buraxıb.
Xatırladaq ki, “Zirə” - “Qəbələ” matçı yanvarın 21-də keçiriləcək.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı