"Ayntraxt" "Real"a sataşdı

"Ayntraxt" "Real"a sataşdı
XƏBƏR 18 Yanvar 2021 / 13:40 4158
-  A +

Almaniyanın “Ayntraxt” klubunun mətbuat xidməti “Real”la zarafat edib.

Qol.az xəbər verir ki, “Aytraxt”ın müqavilə ilə Madrid klubuna məxsus futbolçusu Luka Yoviçin Bundesliqanın 16-cı turunda “Şalke” ilə görüşdə (3:1) dubl etməsi buna səbəb olub.

Frankfurt təmsilçisi sosial şəbəkə hesabında serbiyalı hücumçunun  qollarının videogörüntüsünü paylaşaraq yazıb: “Siz sadəcə ona şans verməliydiniz. Bu necə gözəl bir qayıdışdır, Luka?!”

Yoviç "Ayntraxta"a qayıtdıqdan sonra ilk oyununda komandasına qələbə qazandırıb.

Qeyd edək ki, “Real” 23 yaşlı hücumçunu 2019-cu ildə “Aytraxt”dan transfer etdikdən sonra baş məşqçi Zinəddin Zidan onun çıxışını bəyənməyib və Yoviç bu ay Almaniya klubuna icarəyə göndərilib. Mövsümün sonunadək “Ayntraxt”da çıxış edəcək Yoviçin “kral klubu” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. 

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"