"Milan"ın futbolçusu "Parma"da

"Milan"ın futbolçusu "Parma"da
XƏBƏR 18 Yanvar 2021 / 13:10 1575
-  A +

“Milan”ın futbolçusu Andrea Konti “Parma”ya keçib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi icarəyə verilib.

"Parma"nın Kontini icarədən sonra 7 milyon avroya transfer etmək hüququ var. 

Qeyd edək ki, Andrea bu mövsüm "Milan"da 2 oyun keçirib. Onun "qırmızı-qaralar"la 2022-ci ilin iyununa qədər müqaviləsi var.

Daha çox


Son xəbərlər