"Barselona"nın qənimi

"Barselona"nın qənimi
XƏBƏR 18 Yanvar 2021 / 10:26 3027
-  A +

"Atletik”in baş məşqçisi Marselino Qarsiya Toral yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, ötən gecə İspaniya superkubokunun finalında “Barselona”ya qalib gələn 55 yaşlı mütəxəssis ardıcıl 2 həlledici görüşdə Kataloniya klubunu məğlub etməyi bacaran ilk məşqçi olub.

Çalışdırıcı 2019-cu ildə “Valensiya”nın baş məşqçisi kimi İspaniya Kubokunun finalında “Barselona”nı üstələyib.

Qeyd edək ki, Marselino Qarsiya Toral 2017-2019-cu illərdə “Valensiya”nı çalışdırıb. O, "Atletik"ə yanvar ayının əvvəllərində baş məşqçi təyin edilib.

Daha çox


Son xəbərlər