Zidandan antirekord

Zidandan antirekord
XƏBƏR 17 Yanvar 2021 / 17:25 3260
-  A +

Son oyunlarda uğursuz çıxış edən "Real"ın baş məşqçisi Zinəddin Zidan antirekorda imza atıb.

Qol.az xəbər verir ki, İspaniya superkubokunun yarımfinal mərhələsində “Atletik”ə məğlub olaraq (1:2) mübarizəni dayandırdığı oyun Madrid klubunun cari mövsümdəki 25-ci matçı olub.

“Real” bu oyunların 14-də qalib gəlib, 6 dəfə məğlub olub və 5 dəfə bərabərliyə razılaşıb. Bu göstərici baş məşqçi Zinəddin Zidanın fəaliyyəti dövründə ən pis başlanğıcdır.

Qeyd edək ki, La Liqada 18 oyundan sonra 37 xal toplayan “Real” turnir cədvəlinin 2-ci pilləsindədir.


Son xəbərlər
topaz banner