"Real" Ramosun maaşını azaldır

"Real" Ramosun maaşını azaldır
XƏBƏR 17 Yanvar 2021 / 15:30 1456
-  A +

“Real”ın kapitanı Serxio Ramosun klubdakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Qol.az ABC-yə istinadən xəbər verir ki, “kral klubu” 35 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalamağı planlaşdırır. Lakin ispaniyalı oyunçunun maaşının azaldılmasına razı olmasını tələb edir.

Ramos isə hazırkı məvacibi (12 milyon avro) saxlanılmaqla 2 illik yeni sözləşmə imzalanmasını istəyir.

Qeyd edək ki, Ramos 2005-ci ildən “Real”da çıxış edir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı