Dmitri Krameranko məşhur rus klubunda - Rəsmi

Dmitri Krameranko məşhur rus klubunda - Rəsmi
XƏBƏR 17 Yanvar 2021 / 11:20 3501
-  A +

Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Rusiya Premyer Liqa təmsilçisi SSKA-nın məşqçilər heyətinə daxil olub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onun əsas komanda ilə qapıçılar üzrə məşqçi kimi çalışacağı bildirilib. 48 yaşlı mütəxəssis bu gün komanda ilə İspaniyaya təlim-məşq toplanışına yollanacaq.

Qeyd edək ki, millimizin keçmiş qapıçısı yığmamızdan əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.

Daha çox


Son xəbərlər