"Milan"dan yeni transfer

"Milan"dan yeni transfer
XƏBƏR 15 Yanvar 2021 / 13:00 2396
-  A +

“Milan” yeni transferə hazırlaşır.

Qol.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, “rassonyeri” “Torino”nun futbolçusu Sualixo Meyteni heyətinə cəlb edir. 26 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər icarə müqaviləsi bağlanacağı bildirilib.

Fransalı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi qeyd olunub.

Meyte bu mövsüm “Torino”nun heyətində 16 oyunda iştirak edib, 1 qol və  1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"