"Ehtiyatda nə qədər futbolçumuzun olduğunu bilmirik" - De Byazi

"Ehtiyatda nə qədər futbolçumuzun olduğunu bilmirik" - De Byazi
XƏBƏR 14 Yanvar 2021 / 13:58 1521
-  A +

Millimizin baş məşqçisi Canni De Byazi İtaliyanın TMW radiosuna müsahibə verib.
 
Qol.az xəbər verir ki, o, müsahibə zamanı millimizin DÇ-2022-nin seçmə mərhələ oyunlarından və Azərbaycanda koronavirusla bağlı vəziyyətən də danışıb:
 
“Martın 24-də Portuqaliya millisi ilə oyuna hazır olacağıq. Daha sonra Qətər və Serbiya milliləri ilə qarşılaşmalıyıq. Bir həftədə 3 oyun keçirəcəyik. Üstəlik, ehtiyatda nə qədər futbolçumuzun olduğunu bilmirik".
 
De Byazi Azərbaycanda hər gün minə yaxın yoluxma olduğunu da söyləyib: "Çoxu yaxşı vəziyyətdədir. Dekabrın 11-dən sərt karantin tətbiq edilir. Bu, yanvarın 18-də başa çatacaq”.

İtaliyalı mütəxəsəsis  “Atalanta”nın futbolçusu Papu Qomesin hansı klubda gördüyü ilə bağlı suala cavab verərkən erməni futbolçu Henrik Mxitaryandan da danışıb: "Qomesi harada görəcəyimi bilmirəm. Bu, asan deyil. Məsələn, “Roma”da Mxitaryan var, hansı ki, həmin rolu oynayır. “Yuventus”da bu mövqedə futbolçu çoxdur, “Napoli”də isə İnsinyeni görürəm. “Roma”dakı Mxitaryan qollar vurur, hər kəslə yaxşı münasibətdədir. Təbii ki, buna əlavə olaraq Qomesə sahib olmaq əlavə bir silahdır. Əlbəttə, “Atalanta” oyunçusunu Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə apardığı əsas rəqibinə satmayacaq”.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın