"Qəbələ"nin sabiq futbolçusu klubunu dəyişdi

"Qəbələ"nin sabiq futbolçusu klubunu dəyişdi
XƏBƏR 12 Yanvar 2021 / 20:54 1832
-  A +

“Qəbələ”nin sabiq futbolçusu İviça Juniçin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, ötən ilin yayında “qırmızı-qaralar”dan ayrılan xorvatiyalı müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək. 32 yaşlı futbolçu “Rapid”lə 1.5 illik müqavilə imzalayıb. Bu barədə Buxarest təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İviça Juniç 2019-cu ilin avqustundan 2020-ci ilin iyununa qədər “Qəbələ”nin formasını geyinib. O, daha sonra Rumıniyanın CFR (Kluj) klubuna keçsə də, orada çox qalmayıb.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

https://www.facebook.com/QolAz-195302414790

T.me/qolaz



Son xəbərlər
topaz banner