"Bu vəziyyət virusla bağlı yaranıb. Yoluxmaya görə Bakıda qalmağımız daha yaxşıdır. Öz bazamızda məşq edirik".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Voislav Stankoviç klubun televiziyasına təlim-məşq toplanışı barədə danışarkən deyib.
Serbiyalı müdafiəçi komanda şəklində təcrid olunduqlarını bildirib: "Hazırda qaldığımız otel çox rahatdır. Yaxşı şəraiti var. Hazırlığımızı bu formada davam etdirəcəyik".
34 yaşlı oyunçu 2 gün öncə I Divizion təmsilçisi "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçının üstünlüklərindən də danışıb: "Əsas odur ki, oyunu hiss etdik. Bilirsiniz ki, bir az istahətimiz oldu. Hardasa 10 gün evimizdə dincəldik. Baş məşqçi bu matçda gənc futbolçuların durumunu izlədi, kimlərə şans verə biləcəyini müəyyənləşdirdi. Sevindiricidir ki, yoxlama görüşündə heç kim zədə almadı".
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək