Ronaldo bunu da bacardı

Ronaldo bunu da bacardı
XƏBƏR 11 Yanvar 2021 / 14:30 3005
-  A +

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Qol.az xəbər verir ki, portuqaliyalı futbolçu buna A seriyasının 17-ci turunda “Sassuolo” ilə görüşdə (3:1) nail olub.

Oyunda son nöqtəni qoyan 35 yaşlı forvard Avropanın “Top-5” liqasında son 15 mövsümün hər birində ən azı 15 qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, hazırda 15 topla A seriyasında bombardirlər yarışına başçılıq edir.

Xatırladaq ki, rəsmi oyunlarda vurduğu qol sayını 759-a çatdıran Ronaldo çexiyalı Jozef Biscana məxsus ən çox qol vurma rekorduna da şərik olub.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

https://www.facebook.com/QolAz-195302414790

T.me/qolaz


Son xəbərlər
topaz banner