Draksler 100-ə çatdı

Draksler 100-ə çatdı
XƏBƏR 10 Yanvar 2021 / 16:43 1039
-  A +

Liqa 1-in 19-cu turunda “Brest”lə matç PSJ-nin futbolçusu Yulian Draksler üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada iştirak etməklə Paris təmsilçisinin heyətində Fransa çempionatında çıxdığı oyunların sayını 100-ə çatdırıb.

Almaniyalı futbolçu debütünü 2017-ci il yanvarın 14-də “Renn”lə görüşdə (1:0) edib.

Qeyd edək ki, Draksler PSJ ilə 3 dəfə Liqa 1-in çempionu olub.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


Son xəbərlər
topaz banner