Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyəti Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri - Anar Miriyev (“İki sahil” qəzeti), Mehman Əşrəfov (Sportal.az) və Süleyman Vəliyevlə (CBC Sport) görüş keçirib.
Qol.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AİJF-nin prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində iştirakın böyük şərəf olduğunu vurğulayaraq idman jurnalistlərinə təşəkkür edib. AİJF rəhbəri döyüşlərdə iştirak etmiş media nümayəndələrinə bundan sonrakı peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Müharibə iştirakçıları AİJF rəhbərliyinə təşəkkür edərək şəhid olmuş döyüş yoldaşlarını xatırlayıb, onları anıblar. Döyüş iştirakçısı olan jurnalistlər zəfər tarixinin bir parçası olmağıyla şərəf duyduqlarını qeyd ediblər. Həmçinin idman junalistləri döyüş xatirələrini də tədbir iştirakçıları ilə bölüşüblər.
Görüşdə Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinə AİJF-nin “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyəsi təqdim edilib.
Bizi sosial şəbəkələrdə də izləyin:
http://instagram.com/qolaz
Yuxarı
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video