FİFA-nın sabiq prezidenti Yozef Blatter xəstəxanaya yerləşdirilib.
Qol.az “Blick”ə istinadən xəbər verir ki, 84 yaşlı isveçrəli funksionerin səhhəti qəflətən pisləşib. Blatterin vəziyyəti ağır qiymətləndirilir. Lakin hələlik onun həyati təhlükəsinin olmadığı bildirilib.
Blatterin qızının dediyinə görə isə atasının durumu gündən-günə yaxşılaşır. Lakin onun istirahət etməyə ehtiyacı var.
Qeyd edək ki, Blatter 1998-2015-ci illərdə FİFA-nın prezidenti olub. O, korrupsiya ittihamı ilə 8 il futbol fəaliyyətindən kənarlaşdırılıb. 2016-cı ildə FİFA Apellyasiya Komitəsinin qərarı ilə bu cəza 6 ilə endirilib.
Bizi sosial şəbəkələrdə də izləyin:
http://instagram.com/qolaz
https://www.facebook.com/QolAz-195302414790
T.me/qolaz
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı