"Vəziyyət lehimizə olmasa, Məsut gedəcək" - Arteta

"Vəziyyət lehimizə olmasa, Məsut gedəcək" - Arteta
XƏBƏR 7 Yanvar 2021 / 18:15 3382
-  A +

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Məsut Özilin bu qış komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis transfer bazarında işləri yolunda getməzsə, 32 yaşlı yarımmüdafiəçini satmaqdan imtina edəcəklərini deyib:

“Vəziyyət lehimizə olmasa, Məsut gedəcək. Amma durum elə deyilsə, Məsut burada qalacaq. O, son bir neçə mövsümdə komandanın əsas oyunçularından biri olub. Mövsümün əvvəlində bir qərar verməyimiz lazım idi. Mən də bu qərarı verdim. Nəticəni bilirdim. İndi- yanvar ayında daha bir qərar vermək məcburiyyətindəyəm. Klub və komanda üçün ən yaxşı olanı seçəcəyəm. Nə baş verəcəyinə bir neçə gün ərzində aydınlıq gələcək”.

Qeyd edək ki, Məsut Özil mövsümün əvvəlində “Arsenal”ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi. Futbolçunun adı “Fənərbaxça” və “Di Si Yunayted”lə hallanır.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner