"Neftçi" toplanışın 3-cü gününü başa vurdu

"Neftçi" toplanışın 3-cü gününü başa vurdu
XƏBƏR 6 Yanvar 2021 / 21:08 802
-  A +

"Neftçi” təlim-məşq toplanışını davam etdirir.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda proqrama uyğun olaraq bu gün də bir məşqlə kifayətlənib. Günortadan sonra "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən fiziki çalışmalar həyata keçirilib. Vətənindən dönən Mert Çelik və əvəzedici komandamızın üzvü Emin Zamanov da bugünkü məşqə qoşulub.

Qeyd edək ki, "Neftçi” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” yanvarın 10-u "Kəpəz”, 14-ü isə "Keşlə” ilə qarşılaşacaq. Gəncə təmsilçisi ilə matç saat 15:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq. "Keşlə” ilə oyunun saatı və məkanı haqda məlumat veriləcək.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790



Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner