Millimizin üzvü Bosniya klubunda - Rəsmi

Millimizin üzvü Bosniya klubunda -  Rəsmi
XƏBƏR 6 Yanvar 2021 / 11:16 2190
-  A +

Azərbaycan milli komandasının üzvü Tyaqo Teles Bolinya karyerasını Bosniya və Herseqovinada davam etdirəcək.

Qol.az xəbər verir ki, braziliyalı futzalçı "Tuzla Siti" klubu ilə müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözləşmənin müddəti açıqlanmayıb.

Bolinyanın dünən Belqrada getdiyi və artıq komanda ilə məşqlərə başladığı bildirilib.

Qeyd edək ki, Bolinya 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilir. Onun son klubu Rusiya "Tümen"i olub.


Bizi sosial şəbəkələrdə də izləyin:


http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790



Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner