"Sabah" futbolçusu ilə müqaviləni yenilədi

"Sabah" futbolçusu ilə müqaviləni yenilədi
XƏBƏR 5 Yanvar 2021 / 20:33 903
-  A +

“Sabah” futbolçusu Şakir Seyidovla müqavilə müddətini uzadıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

Seyidov 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. 21 yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib, 2 qola imza atıb (Premyer Liqada 26 oyun 2 qol, ölkə kubokunda 5 oyun).

Qeyd edək ki, futbolçunun “Sabah”la əvvəlki müqaviləsi bu mövsümün sonunda başa çatırdı.


Bizi sosial şəbəkələrdə də izləyin:


http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner