PSJ-nin kapitanı dəyişəcək? – Poçettino danışdı

PSJ-nin kapitanı dəyişəcək? – Poçettino danışdı
XƏBƏR 5 Yanvar 2021 / 19:53 3211
-  A +

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino komandanın kapitanının kim olacağı ilə bağlı yayılan suallara cavab verib. 

Qol.az “L`Equipe”yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Markinosun Paris təmilçisinin kapitanlıq sarğısını daşımağa davam edəcəyini bildirib:

“Markinos PSJ-nin kapitanıdır. Bu belə də davam edəcək. İndi gələcəkdə verəcəyim qərarlar haqqında danışmağın yeri deyil. Əsas qalib gəlmək lazımdır”.

Qeyd edək ki, Poçettino bir neçə gün əvvəl PSJ-yə baş məşqçi təyin olunub.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner