Neymar 1-ci, Ronaldo 2-ci, Messi 9-cu oldu

Neymar 1-ci, Ronaldo 2-ci, Messi 9-cu oldu
XƏBƏR 5 Yanvar 2021 / 19:30 3562
-  A +

SEMRush portalı  2020-ci ildə "Google"da ən çox adı axtarış verilən peşəkar futbolçuların siyahısını dərc edib.

Qol.az xəbər verir ki, siyahıda ilk pillədə PSJ-nin hücumçusu Neymar yer alıb. Braziliyalı oyunçu ardıcıl ikinci ildir "Google" axtarış sistemində ən populyar oyunçu olub. 2020-ci ildə hücumçu ilə bağlı ayda orta hesabla 482.636 dəfə axtarış olub. "Yuventus" un hücumçusu Kriştiano Ronaldo populyar oyunçular siyahısında orta hesabla 325.909 tələblə ikinci olub.

Neymarın PSJ-dəki komanda yoldaşı Kilian Mbappe hər ay orta hesabla 147 955 dəfə axtarılmaqla altıncı yerdə qərarlaşıb. "Barselona"nın kapitanı Lionel Messi orta hesabla aylıq axtarış müddəti 118.545 dəfə olmaqla 9-cu yerə düşüb.

Bizi sosial şəbəkələrdə də izləyin:


http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner