"Neftçi" günü bir məşqlə başa vurdu

"Neftçi" günü bir məşqlə başa vurdu
XƏBƏR 5 Yanvar 2021 / 16:11 719
-  A +

"Neftçi” təlim-məşq toplanışını davam etdirir.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda hazırlıq planına uyğun olaraq günü bir məşqlə başa vurub. Yalnız yerli futbolçuların qatıldığı məşqdə əsasən fiziki çalışmalar yerinə yetirilib.

"Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesində əvəzedici komandanın futbolçuları – Asim Əlizadə və Vüsal Əsgərov da iştirak edib. "Neftçi-2”nin digər üzvü Emin Zamanov isə toplanışa sabahdan qoşulacaq.

Qeyd edək ki, "Neftçi”nin yanvarın 10-da "Qəbələ” ilə keçirəcəyi yoxlama oyunu ləğv olunub. Rəqib komandanın hazırlıq proqramında dəyişiklik edilməsi buna səbəb olub. Əgər yeni rəqib müəyyənləşərsə, bu haqda əlavə məlumat veriləcək. Flaqman ayın 14-də "Keşlə” ilə sınaq matçında qarşılaşacaq.

Bizi sosial şəbəkələrdə də izləyin:


http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner