“Çelsi” axtarışa çıxdı

“Çelsi” axtarışa çıxdı
XƏBƏR 4 Yanvar 2021 / 11:51 3501
-  A +

“Çelsi” baş məşqçisi Frank Lempardı istefaya göndərə bilər.

Qol.az “The Athletic”ə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi Premyer Liqanın 17-ci turunda “Mançester Siti”yə məğlub olduqları görüşdən (1:3) sonra baş məşqçi vəzifəsinə yeni namizədlər axtarmağa başlayıb.

Bildirilib ki, komandanın uğursuz nəticələri davam edərsə, klub Lempardla yolları ayıracaq. “Çelsi”nin nəticələri yaxşılaşacağı təqdirdə isə 42 yaşlı mütəxəssis mövsümün sonunadək işinə davam edə bilər.

Qeyd edək ki, “Çelsi” son 6 oyunda cəmi 1 qələbə qazanıb. Komanda çempionatın turnir cədvəlində 26 xalla 8-ci yerdədir.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner