Obameyanqın qardaşı canlı yayımda tapançadan atəş açdı - Şəkil

Obameyanqın qardaşı canlı yayımda tapançadan atəş açdı - Şəkil
XƏBƏR 4 Yanvar 2021 / 10:38 1527
-  A +

"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanqın qardaşı Villi Obameyanq İnstaqramdakı canlı yayım zamanı tapançadan atəş açıb.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, hadisə 2020-ci ilin son dəqiqələrində baş verib. Bu zaman canlı yayımı 5 mindən çox insan izləyib. Villi öz başının yanından havaya atəş açıb. Bu zaman Pyer-Emerik bir qədər əsəbi görünüb və qardaşının hərəkətini bir qədər təəccüblü adlandırıb.

Qeyd edək ki, Villi "Milan"ın yetirməsidir. O, karyerası ərzində az tanınan komandalarda oynayıb.

Bizi sosial şəbəkələrdə də izləyin:

http://instagram.com/qolaz

T.me/qolaz

Facebook.com/Qol.az


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner