Prezident və birinci vitse-prezidentdən Teymur Rəcəbova təbrik

Prezident və birinci vitse-prezidentdən Teymur Rəcəbova təbrik
XƏBƏR 4 Yanvar 2021 / 00:10 1164
-  A +

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu "Airthings Masters" şahmat turnirində qələbə qazanması münasibətilə təbrik ediblər.

Qol.az xəbər verir ki, təbrikdə deyilir:

Əziz Teymur,

"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik.

Bizi sosial şəbəkələrdən də izləyin:

http://instagram.com/qolaz

T.me/qolaz

https://www.facebook.com/QolAz-195302414790


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner