Teymur Rəcəbov bu dəfə də erməni rəqibini məğlub edib, çempion oldu

Teymur Rəcəbov bu dəfə də erməni rəqibini məğlub edib, çempion oldu
XƏBƏR 3 Yanvar 2021 / 21:00 2006
-  A +

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşləri keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov finalda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci oyunda da sərfəli nəticə qazanıb. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ən azı heç-heçəni təmin edib və 2 final matçının nəticəsinə əsasən çempionluğu əldə edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından keçirilməyib.

Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub. 

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.

Bizi Telegramda da izləyin: t.me/qolaz

 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner