FİFA Trippyerin cəzası ilə əlaqədar qərar verdi

FİFA Trippyerin cəzası ilə əlaqədar qərar verdi
XƏBƏR 3 Yanvar 2021 / 16:57 1136
-  A +

FİFA “Atletiko”nun futbolçusu Kiran Trippyerin cəzası ilə bağlı şikayətinə müsbət cavab verib.

Qol.az “The Atletic”ə istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu 30 yaşlı müdafiəçinin 10 oyunluq diskvalifikasiya edlməsini dondurub.

İngiltərəli futbolçu mərc oyunlarında iştirak etdiyi üçün cəzalandırılmşdı. Həmçinin o, 70 min funt-sterlinq məbləğində cərimələnib.

Qeyd edək ki, Trippyer 2019-cu ildən Madrid təmsilçisində çıxış edir.

Bizi Telegramda da izləyin: t.me/qolaz

 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner