"Messinin gözlərinə baxıb deyəcəm ki, maaşın çox yüksəkdir"

"Messinin gözlərinə baxıb deyəcəm ki, maaşın çox yüksəkdir"
XƏBƏR 3 Yanvar 2021 / 15:18 3570
-  A +

"Barselona" prezidentliyinə namizəd Emili Russo Lionel Messinin klubdakı gələcək taleyi barədə danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Russo prezident seçiləcəyi halda Messi ilə söhbət edəcəyini söyləyib:

"Onun gözlərinə baxıb deyəcəm: maaşın çox yüksəkdir və klub bunu ödəyə bilmir. İndi isə imkan ver, yeni idman proyektləri barədə danışaq. Biz səni istedadlı gənclərlə əhatə edəcəyik".

Russo onu da deyib ki, yayda Messinin klubdan getmək istəməsi maliyyə məsələsi deyil, idman layihələrinin yoxluğu ilə bağlı olub.

Xatırladaq ki, "Barselona" prezidentliyinə seçkilər yanvarın 24-də keçiriləcək.

Bizi Telegramda da izləyin: t.me/qolaz



Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner