Son Hın Min 100-ə çatdı

Son Hın Min 100-ə çatdı
XƏBƏR 2 Yanvar 2021 / 17:59 1694
-  A +

İngiltərə Premyer Liqasının 17-ci turunda “Lids”lə matç “Tottenhem”in futbolçusu Son Hın Min üçün əlamətdar olub.

Qol.az klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki,  28 yaşlı hücumçu hazırda davam edən qarşılaşmanın 3-cü dəqiqəsində fərqlənib. Bununla da koreyalı oyunçu London təmsilçisinin heyətində vurduğu qolların saynı 100-ə çatdırıb.

Qeyd edək ki, Son Hın Min “Tottenhem”lə toplam 253 matça çıxıb, 100 qol vurub və 54 qolun ötürməsini verib.

Bizi Telegramda da izləyin: t.me/qolaz


Son xəbərlər
topaz banner