Premyer Liqa matçı təxirə salındı

Premyer Liqa matçı təxirə salındı
XƏBƏR 2 Yanvar 2021 / 17:22 1841
-  A +

İngiltərə Premyer Liqasının  17-ci turunda  keçirilməli olan “Bernli” – “Fulhem” matçı təxirə salınıb.

Qol.az xəbər verir ki, bu barədə “Fulhem”in mətbuat xidməti məlumat yayıb. Komandada koronavirusa yoluxma aşkarlandığı üçün 3 yanvarda keçirilməli olan qarşılamanın qeyri-müəyyən müddətə təxirə salındığı bildirilib.

Qeyd edək ki, 30 dekabrda oynanılmalı olan "Tottenhem" - "Fulhem" matçı da eyni səbəbdən təxirə salınmışdı.

Bizi Telegramda da izləyin: t.me/qolaz


Son xəbərlər
topaz banner