“Barselona”nın sabiq futbolçusu Eusebio Sakristanın başına bədbəxt hadisə gəlib.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, 56 yaşlı keçmiş yarımmüdafiəçi çərşənbə günü yıxılıb və nəticədə başından xəsarət alıb.
Son olaraq “Girona”da işləmiş ispaniyalı mütəxəssis Valyadoliddəki xəstəxanalardan birinə aparılıb. Onun beynində qan laxtası aşkarlandığı üçün əməliyyat edilib. Bundan sonra Sakristan reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Sakristan 1988-95-ci illərdə “Barselona”da çıxış edib. O, çalışdırdığı “Girona” klubundan 2019-cu ildə ayrılıb.
Bizi Telegramda da izləyin: t.me/qolaz
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video