"Çelsi" 2020-ci ildəki gəlirini açıqladı

"Çelsi" 2020-ci ildəki gəlirini açıqladı
XƏBƏR 1 Yanvar 2021 / 15:29 2583
-  A +

“Çelsi” 2020-ci ildəki qazancını açıqlayıb.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. “Zadəganlar” koronavirus pandemiyasına və yay transfer dönəmində ciddi xərcləməyə baxmayaraq, qazanc əldə etməyi bacarıb.

“Çelsi”nin 2020-ci ildə ümumi qazancı 32,5 milyon funt-sterlinq olub. Pandemiyaya görə klubun dövriyyəsi 446,7 milyon funt-sterlinqdən 407,4 milyona düşüb.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın “Barselona” klubu il ərzində 100 milyon avro ziyana getdiyini açıqlayıb.

Bizi Telegramda da izləyin: t.me/qolaz


Son xəbərlər
topaz banner